Azərbaycanın fondu qızıl ehtiyatlarını artırıb

Mərkəzi Bankın məlumatlarına əsasən, 2019-cu ilin 9 ayı ərzində strateji valyuta ehtiyatlarımız ilin əvvəlindən 11,7% artmaqla, 50 milyard ABŞ dollarına yüksəlmişdir.

 

"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.

 

2019- cu il 1 oktyabr tarixinə Dövlət Neft Fondunun valyuta ehtiyatları isə 42,5 milyard ABŞ dolları olmaqla, ilin əvvəli ilə müqayisədə 10,4% artmışdır. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 1 oktyabr tarixinə 6 milyard 34,1 milyon ABŞ dolları olmuş və ilin əvvəli ilə müqayisədə 7,3% artmışdır.

 

“DNF-in məlumatlarına əsasən, 1 oktyabr tarixinə DNF aktivlərinin 54,7%-ni ABŞ dollarında olan aktivlər təşkil etmişdir ki, bu aktivlərin də 4 milyard 833,6 milyon ABŞ dolları qızıl ehtiyatlarından ibarət olmuşdur. Qeyd edək ki, 2019-cu ildə DNF qızıl alışlarını artırmış və qızıl ehtiyatlarına 3 rüb ərzində 49,71 ton qızıl ehtiyatı əlavə etmiş, bununla da cəmi aktivlərin 11,4%-ni qızıl ehtiyatları təşkil etmişdir”,- rəydə bildirilir.

5 Noyabr 2019 , 12:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin