“İri dövlət şirkətləri dividendlər hesablamır və ödəmirlər”

"Büdcədən böyük məbləğdə vəsait alan iri dövlət şirkətlərinin heç biri üzrə növbəti ildə dividendlər nəzərdə tutulmamışdır”.

 

"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.

 

Rəydə qeyd edilib ki, dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalar (səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər) 2020-ci ilin dövlət büdcəsi layihəsində 2,8 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu 2019-cu ilin proqnoz göstəricisindən 1,1 milyon manat və ya 29,1 % azdır.

 

“Hesablama Palatasına daxil olan məlumatlara əsasən, Azərbaycan Respublikasında nizamnamə fondunda (kapitalında) dövlətin payı olan iki mindən çox kommersiya hüquqi şəxslər mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilmişdir. Bu şirkətlər üzrə dövlət büdcəsi və dövlət zəmanətli kreditlər hesabına həyata keçirilən və sonradan nizamnamə fonduna aid edilməli olan böyük məbləğdə investisiyalar həyata keçirildiyi halda, həmin müəssisələr üzrə dövlət büdcəsinə dividendlər nəzərdə tutulmur, hesablanmır və ödənilmir.

 

Eyni zamanda qeyd olunmalıdır ki, nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin yekunlarına görə fəaliyyətini 298,0 mln. manat mənfəətlə başa vurmasına baxmayaraq, 2020-ci ilin dövlət büdcəsinin layihəsində hər hansı bir daxilolma nəzərdə tutulmamışdır”,- Rəydə bildirilir.

5 Noyabr 2019 , 13:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin