Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR AQŞ "Günəşli"də növbəti quyuda qazma işlərinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ "Günəşli"də növbəti quyuda qazma işlərinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR AQŞ şirkəti “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 347 nömrəli quyuda qazma işlərinə başlayıb.

 

Reklam_3_11

Şirkətin yaydığı məlumatda bildirilir ki, 347 nömrəli quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3350 metr təşkil edir. 

 

“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla-dəniz’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

 

SOCAR AQŞ  Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını uğurla həyata keçirir.



Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı  

 

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

05.11.2019 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ