Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Mərkəzi Bankı haqqında" qanun da dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi Bankı haqqında" qanun da dəyişir

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

 

Reklam_3_11


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında" qanun layihəsi müzakirə olunub.

 

Layihədə "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunun kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi ilə bağlı olan 49-1-ci maddəsinin ləğv edilməsi təklif olunur.



Qeyd edək ki, qanunun hazırda qüvvədə olan bu maddəsinə əsasən Azərbaycan Mərkəzi Bank (AMB) sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini AMB-nin İdarə Heyəti müəyyən edir.



Qanunun 49-1.2-ci maddəsinə əsasən, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası AMB-nin razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, tənzimləyici emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.



Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

© APA

30.03.2017 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ