Avro/Dollar məzənnəsinin düşəcəyi ehtimal edilir

EUR/USD məzənnəsində 0.7% ucuzlaşma ilə yanaşı, GBP/USD məzənnəsində də ucuzlaşma ehtimalları gündəmdədir.


 

EUR/USD məzənnəsində 0.7% ucuzlaşma

 

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması fonunda ən çox dəyər itirən məzənnə EUR/USD məzənnəsidir. Buna səbəb isə Avropa Mərkəzi Bankının sıfır faiz siyasəti və Almaniya iqtisadiyyatında böhran risklərinin olmasıdır. Beləliklə, EUR/USD məzənnəsi 1.11$-ın altında qaldıqca, 1.10$-a kimi də dəyər itirə bilər. 

 

Breksit və ABŞ-Çin ticarət münasibətləri fonunda müsbət xəbərlərin yayılması isə GBP/USD məzənnəsi ilə yanaşı enerji birjalarında neft qiymətlərinə müsbət təsir edir. 

 

GBP/USD məzənnəsində də ucuzlaşma riski var

 

Belə ki, GBP/USD məzənnəsi 1.2860$-da dəstək görməkdədir. Lakin dollarda bahalaşma daha da güclənərsə, sözügədən səviyyə qırılmaqla, burada da 1.28$-a kimi ucuzlaşmanın şahidi ola bilərik. 

 

Brent nefti 65$-a kimi dəyər qazana bilər

 

Brent markalı neftin bir barel qiyməti isə 63$-a təklif edilir və 65$-a kimi dəyər qazana bilər.

 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-dan dərc ediləcək neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzində olacaqdır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

6 Noyabr 2019 , 09:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin