Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın neft hasilatının maya dəyəri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın neft hasilatının maya dəyəri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yataqlarından 1 ton neftin istehsal maya dəyəri 117,92 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 manat və ya 5,8% artmışdır. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə SOCAR-ın 2018-ci il ərzindəki fəaliyyətinə dair hesabatda deyilir.

 

2018-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 57,60 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 4,59 manat və ya 7,4% azalmışdır.

 

“Göründüyü kimi Şirkət üzrə neftin maya dəyəri artmış, qazın maya dəyəri isə azalmışdır. Neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, mədən vergisinin, digər vergilərin, digər xidmətlərin artması hesabına baş vermişdir. Belə ki, material xərcləri 7404 min manat (31,1%), əmək haqqı xərcləri 13093 min manat (11,7%), sosial sığorta xərcləri 2792 min manat (12,4%), nəqliyyat xərcləri 1756 min manat (1,4%), mühafizə xərcləri 672 min manat (5,1%), mədən vergisi 947 min manat (1,4%), digər vergilər 3973 min manat (10,1%), digər xidmətlər 10350 min manat (22,4%) artmışdır.

 

Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin azalması hesabına baş vermişdir. Belə ki, əsas vəsaitlərin amortizasiyası 1765 min manat (2,1%), əsaslı təmir xərcləri 4071 min manat (21,7%), texniki xidmət xərcləri 7190 min manat (21,7%), digər xidmətlər üzrə xərclər 3029 min manat (24,6%), digər xərclər üzrə xərclər 3170 min manat (43,7%) azalmışdır”,- Hesabatda deyilir.

06.11.2019 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ