Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tez xarab olan məhsulları daşıyan TIR-ların keçidi təmin edilir - "SAMUR"DA SIXLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tez xarab olan məhsulları daşıyan TIR-ların keçidi təmin edilir - "SAMUR"DA SIXLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

 

Bu barədə  Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

 

Bildirilir ki, yaranmış sıxlığın aradan qaldırılması məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq Federal Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub. İlk növbədə, kənd təsərrüfatı və tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi təmin edilir.

 

Xatırladaq ki, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsi idi.

06.11.2019 12:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ