İşsizlikdən sığorta fondunun vəsaitlərinin yalnız 3.89%-i işsizlərə çatacaq

2020-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 128 milyon 235.4 min manat səviyyəsində proqnozlaşdırılır ki, bunun da cəmi 5 milyon manatı və ya 3.89%-i birbaşa işsizlərin payına düşəcək.

 

Fondun büdcə layihəsinə görə, onun gəlir və xərcləri 128 milyon manatı ötəcəkdir. 2019-cu illə müqayisədə öz təşəbbüsü ilə iş yerlərini itirənlərə verilən müavinətlər 6 milyon manat azaldılır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin saxlanılması üçün bu il ilə müqayisədə 2,2 dəfə çox - 43 mln manat yönəldiləcək.

 

Gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 min manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək.

 

2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.

6 Noyabr 2019 , 15:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin