Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azər-Türk Bank” “Azericard”ın xidmətindən imtina edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azər-Türk Bank” “Azericard”ın xidmətindən imtina edir

"Azər-Türk Bank" ASC “Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi"nə uyğun olaraq özünün “İn house” prosessinq mərkəzini yaradıb”.

 

Bunu açıqlamasında Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov deyib.

 

Onun sözlərinə görə, sabahdan rəhbərlik etdiyi kredit təşkilatı "Azericard" MMC prosessinq mərkəzinin xidmətindən imtina edəcək:

 

"Noyabrın 7-də, saat 14:00-18:00 arasında Bankın bütün plastik kartları “Azericard”dan yeni prosessinq mərkəzinə miqrasiya etdiriləcək. Bu səbəbdən də həmin saatlarda kartların işində müəyyən problemlər olacaq. Keçid bitəndən sonra bizim müştərilərimiz üçün yeni məhsulları yaratmaq imkanımız olacaq. Həmçinin xidmətlərimizin keyfiyyətini artıra biləcəyik.

 

İlkin olaraq SMS bildiriş xidmətinin qiyməti 3 dəfəyə yaxın azalaraq 1,18 manatdan 0,5 manata düşəcək. Növbəti il isə daha innovativ məhsullar təqdim etməyi düşünürük. Müştərilərimiz üçün bu məhsulları yaratmaq və yaxud dəyişmək üçün heç bir şirkətdən asılı olmayacağıq. Yəni istənilən məhsulu Bank daxilində yarada biləcəyik və onun maya dəyəri aşağı düşəcək".

 

“Azər-Türk Bank”ın rəhbəri həmçinin deyib ki, bu prosessinq mərkəzinin başqa banklara xidmət göstərməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) lisenziya alınmalıdır: "Amma açıq deyim ki, hələ ki, belə planımız yoxdur. Biz daha çox bunu bankdaxili məhsulların yaradılması üçün etmişik”. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

06.11.2019 13:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ