Ən yuxarı statik reklam_3

“Qala Sığorta”dan Respublika Stadionuna – İRİ MƏBLƏĞDƏ ÖDƏNİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”dan Respublika Stadionuna – İRİ MƏBLƏĞDƏ ÖDƏNİŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin ən iri sığorta şirkətlərindən olan “Qala Sığorta” ASC Tofiq Bəhramov adına Respublika Stadionuna dəymiş zərərlə bağlı verilən sığorta ödənişinin həcmini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, 2019-cu ilin 17-18 yanvar tarixində baş vermiş təbii fəlakət–qasırğa nəticəsində Tofiq Bəhrəmov adına Respublika Stadionunun fəza konstruksiyasının membran örtüyü yırtılmışdır.

 

“Qala Sığorta” şirkəti tərəfindən stadiona dəymiş zərərin məbləği müəyyən edilərək 304 062 AZN həcmində sığorta ödənişi həyata keçirilib.   

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

06.11.2019 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ