“İnvest-AZ” tələbələrin biliklərini artırdı

Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.


Seminarı universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, tədbirin əhəmiyyətindən bəhs etdi, universitetdə iqtisadçı kadrların hazırlanması istiqamətində yerinə yetirilən işlər haqqında məlumat verib. Bildirib ki, İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə seminar, görüş və tədbirlər həyata keçirilir. İnanıram ki, bugünkü tədbir də tələbələrin biliklərinin artırılması istiqamətində faydalı olacaq.


İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov çıxış edərək tədbirin təşkili ilə bağlı Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə etdi və “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda ətraflı çıxış edib.


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin analitik şöbəsinin baş mütəxəssisi Anar Qəhrəmanov çıxışında ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirəcək göstəriciləri şərh edib və qarşıda duran əsas inkişaf hədəfləri barədə məlumat verib.


İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək qeyd edib ki, fakültəmizdə iqtisadyönümlü ixtisaslar üzrə tələbə hazırlığı yüksək səviyyədə aparılır. Xüsusən Maliyyə və Mühasibat uçotu ixtisasları üzrə təhsil alan tələbələrə belə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.


Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və kafedranın baş müəllimi Mehman Əhmədzadə mövzu ətrafında çıxış ediblər.


Sonda məruzəçilər Maliyyə bazarlarının fəaliyyəti ilə bağlı seminar iştiraskçılarının suallarını cavablandırdılar.

6 Noyabr 2019 , 17:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin