Bakıda məşhur zavoda etiraz - "HÜQUQLARIMIZ POZULUR, DİVİDEND ALA BİLMİRİK"
Azərbaycan vətəndaşlarının İsveçrə şirkətinə narazılığı artır
Bu gün "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir. “Holcim Azərbaycan” Qaradağ sement zavodunu idarə edir.
Səhmdarlar hüquqlarının pozulmasından və dividend ödənilməməsindən şikayət edirlər:
“Holcim Azərbaycan” 20 il ərzində cəmi 4 dəfə dividend ödəyib. Şirkətin təxminən 95 milyon manat bölüşdürülməmiş mənfəəti var, həmin vəsaitdən səhmdarlara dividend ödəməlidirlər. Təxminən 320 narazı səhmdar var. Biz dəfələrlə zavod rəhbərliyi ilə görüşüb, fikirlərimizi bildirmişik. 20 il ərzində elə bir vəziyyət yaradıblar ki, çoxları səhmlərini satıb, 14%-dən 7%-ə düşmüşük. Məktublar yazırıq, suallar veririk, cavab vermirlər. 1 ton sementin maya dəyərini, satış qiymətini, ödənilən vergilər barədə məlumatları ala bilmirik. Hüquqlarımız pozulur. Hazırda zavod işləyir, xalis mənfəət əldə edir. Biz zavodun səhmdarları olaraq dividend tələb edirik”.
Şikayətçilərin sözlərinə görə, “Holcim Azərbaycan” ASC yeni zavodun tikintisi üçün aldığı borca görə dividend ödəyə bilmədiyini bildirir:
“Bizə bildirilib ki, zavodun tikilməsi üçün avro ilə kredit götürülüb. Sonradan Manat ucuzlaşıb və şirkətə ziyan dəyib. Bu səbəbdən divided ödənilmir.
“Holcim Azərbaycan” ASC bizim şikayətlərə baxmır. Biz tələbimizi İsveçrə səfirliyi vasitəsilə LafargeHolcim” şirkətinə çatdırmaq istəyirik".
Şikayətçilər qətnaməni səfirliyə təqdim ediblər. Eyni zamanda, məsələ barədə Prezident Administrasiyasına da məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
13 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 13 saat əvvəl
-
13 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 14 saat əvvəl
-
16 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
16 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir