Hədəf SOCAR-ı transmilli şirkətə çevirməkdir

Qarşımızda qoyulmuş əsas vəzifələrdən biri  SOCAR-ı qlobal miqyasda tanınan, çevik, müasir və rəqabətədavamlı transmilli şirkətə çevirməkdir.

 

Bunu SOCAR-ın prezidenti  Rövnəq Abdullayev bildirib.

 

SOCAR-ın prezidenti , “Bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilmişdir” deyərək sözlərinə belə davam edib:

 

“SOCAR dünya bazarlarına inamla daxil olaraq, özünə layiqli yer tutmuşdur və mövqelərini gücləndirməkdədir. İndi biz, demək olar, bütün qitələrdə fəaliyyət göstəririk. Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir. Həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları və digər imkanlar daxildir. Biz biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük.”.

7 Noyabr 2019 , 07:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin