Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisi başlayacaq”

“Rəşt-Astara dəmir yolunun tikintisi Azərbaycan Respublikasının iştirakı ilə başlayacaq”. 

 

Bunu İran prezidenti  Həsən Ruhani bu gün Gilan əyalətinə səfəri çərçivəsində deyib. O bildirib ki, Qəzvin-Rəşt dəmir yolunun cari ildə açılışı, eləcə də Rəşt-Astara dəmir yolunun tikintisi Rusiyaya səfər zamanı bu ölkənin rəhbərliyi ilə müzakirə olunub: “Bu tranzit dəmir yolunun tikintisinin başa çatması nəticəsində İranın Bəndər Abbas limanı Moskva ilə birləşəcək. Bu dəmir yolu vasitəsilə  Hindistandan yüklər daşınacaq”.


Prezident qeyd edib ki, bu layihələrin həyata keçirilməsi ilə Gilan əyalətində  iqtisadi, ictimai və mədəni dirçəlişin şahidi olacağına ümid edir. 
 

Qeyd edək ki, İran prezidenti Gilanda 17 layihənin açılış mərasimində iştirak etmək üçün bu əyalətə gedib.

 

© APA

 

30.03.2017 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ