Azərbaycan şirkəti böyük həcmli şüşə sifarişi alıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb.
ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb.
Bağlanmış müqaviləyə əsasən, “ASK Şüşə” MMC cari ilin sonunadək həmin şirkətə “Coca-Cola” və “Fanta” içkilərinin qablaşdırılması üçün 2 milyon 600 min ədəd şüşə tara ixrac edəcək. Razılaşmaya əsasən, 2020-ci il üçün daha böyük həcmli (ilkin sifariş proqnozu 10-20 milyon ədəd) şüşə taranın istehsalına dair müqavilənin bağlanması nəzərdə tutulur.
“Hazırda müəssisədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında istifadə olunan xammalın keyfiyyəti “ASK Şüşə” MMC-nin texniki nəzarət laboratoriyasında yoxlandıqdan sonra Gürcüstana göndərilib və orada bütün lazımi sınaqlardan uğurla keçib. Son mərhələdə isə xammalın fiziki-kimyəvi göstəriciləri İtaliyada yoxlanılaraq, dünya standartlarına cavab verməsi təsdiqlənib”,- ASC-nin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
5 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
9 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
9 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 12 saat əvvəl
- 12 saat əvvəl