AccessBank-ın kapitalı 100 milyonu keçdi!

15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarlarınının, 34.85 mln. manat məbləğində 8.2 mln. yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mln manata artırılıb. Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

Buraxılmış səhmlər mövcud səhmdarlar tərəfindən paylarına mütənasib şəkildə əldə edilib və bununla onların Bankın nizamnamə kapitalında payları dəyişilməz olaraq qalır. Səhmlərin emissiya və qeydiyyat prosesi 29 mart tarixində uğurla başa çatıb.

 

“İndiki dəyişkən şəraitdə, kapitalın artırılması açıq-aşkar onu göstərir ki, Bank, əksəriyyəti nüfuzlu beynəlxalq maliyyə institutları olan və ən yüksək ‘ААА’ reytinqə malik səhmdarları tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edirik, mikro və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq” - AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann şərhində bildirib.

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.

30 Mart 2017 , 15:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin