Gürcüstan iqtisadiyyatı 4,8% artıb
Gürcüstanda 2017-ci ilin yanvar-fevral aylarında ÜDM-in həcmi illik müqayisədə 4,8% artıb.
"Reuters" agentliyi xəbər verir ki, keçən ilin analoji dövründə iqtisadi artım 1,7% olub.
Yanvar ayında ÜDM 5,2%, fevralda isə 4,4% artım göstərib. Gürcüstan 2015-ci ildə 2,9% iqtisadi artım əldə etsə də, 2016-cı ildə ticarət partnyoru olan ölkələrdəki iqtisadi mühitin pisləşməsi səbəbindən artım tempi 2,2%-ə düşüb. Lakin, bu ilin ilk iki ayı ərzində ölkənin ixracı 2016-cı illə müqayisədə 27% artaraq 356 mln. ABŞ dollarına çatıb. Ticarət balansının kəsiri isə 16% artım göstərib. Ölkəyə pul köçürmələri 22% artaraq 178 mln. dollar təşkil edib. Larinin məzənnəsi isə 15%-ə yaxın möhkəmlənib.
Gürcüstan hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatının 4% artacağını proqnozlaşdırır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl