Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bizim Babək prospektində heç bir işimiz qalmayıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bizim Babək prospektində heç bir işimiz qalmayıb”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı xəbərə münasibət bildirib. 

 

Sədr yayılmış informasiyanın tamamilə səhv olduğunu və texniki xəta səbəbindən baş verdiyini bildirib:

 

“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə saytda (etender.gov.az saytını nəzərdə tutur - Red)  yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Yanlış məlumatdır. Saytda tarix səhv qeyd olunub”.

 

Xəbər verdiyimiz kimi, Elektron satınalmalar portalındakı məlumata görə, 30 Oktyabr 2019-cu il tarixində "Azərsu" ASC "Protean Construction" MMC ilə müqavilə bağlaylb. 1 milyon 480,5 min manat dəyərində müqavilə “Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi”ni nəzərdə tutur.

 

Müqavilənin bağlanması barədə məlumat yenidən Babək prospektinin qazılacağı və nəqliyyat vasitələrinin hərəkətinə məhdudlaşdırılacağı barədə versiyanın ortaya çıxmasına səbəb olmuşdu.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Qafqazinfo” 

07.11.2019 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ