Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank gənc proqramçıları dəstəkləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank gənc proqramçıları dəstəkləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə informasiya texnologiyaları və proqramlaşdırmanın inkişafına və bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən gənclərə daima öz dəstəyini göstərir.



10 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək ICPC (International Collegiate Programming Contest) regional yarışmada PAŞA Bank baş sponsor olaraq çıxış edəcək. Qeyd edək ki, tədbirdə ilk dəfə sponsor qismində universitet (xüsusən də Bakı Mühəndislik Universiteti) deyil, hər hansı bir şirkət iştirak edir.

Reklam_3_11



Yarışmada Azərbaycanın müxtəlif institut və universitetlərində tədris alan 250-ya yaxın tələbənin iştirak edəcəyi gözlənilir. Yarışmada qalib gələn tələbələr Gürcüstanda keçiriləcək növbəti mərhələdə ölkəmizi təmsil edəcəklər.



Məlumat üçün bildirək ki, ICPC kimi tanınan Beynəlxalq Kollegial Proqramlaşdırma Yarışması hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çox mərhələli rəqabət yarışmasıdır. 2018-ci ildə ICPC yarışmasında 110 ölkənin 3223 universitetindən 52709 tələbə iştirak etmişdir.



ICPC yarışması haqqında ətraflı məlumat: https://icpc.baylor.edu/

 

 

07.11.2019 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ