Mobil manşet üstü reklam_21

Azərbaycan "neqativ"dən "stabil"ə yüksələ bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Azərbaycan "neqativ"dən "stabil"ə yüksələ bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqi üzrə proqnoz yaxın vaxtlarda artırıla bilər. 

 

Reklam_3_11

Buna səbəb 2016-cı ilin son rübündən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən sərt monetar siyasət və hökumətin büdcə xərcələrini azaltmasıdır. Belə ki, AMB son iki rübdə manat kütləsini depozit hərracları, not satışı vasitəsilə azaltmağa müvəffəq olub. Nəticədə, Azərbaycanda 2017-ci il fevralın 1-nə dövriyyədə olan nağd pul kütləsi 6 541 mln. manat təşkil edib ki, bu da yanvarın 1-nə olan analoji göstəricidən 6% azdır. Lakin, bu, son iki ilin minimal həddindən 32% çoxdur.

 

Digər bir amil isə büdcə kəsirinin ÜDM-ə nisbətinin 2016-cı ilin yekununda 0,4% təşkil etməsi ilə bağlıdır. Belə ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanda daha yüksək büdcə kəsirinin olacağını ehtimal edirdilər. Sadalanan iki amil Azərbaycanda nisbi maliyyə sabitliyinin bərpa edildiyini göstərir.

 

Analitiklər  yay aylarında neftin qiymətinin 60 dollar/barel həddinə yaxınlaşması ehtimalını nəzərə alaraq, maliyyə sabitliyinin davam etməsi durumunda 3 beynəlxalq reytinq agentliyi - "Moody's", "S&P" və "Fitch" tərəfindən kredit reytinqi üzrə "neqativ" proqnozun "stabil"ədək yüksəldiləcəyini proqnozlaşdırır.

 

© Report

30.03.2017 13:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ