Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək

Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək.

 

Reklam_3_11

Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Təklifdə qanunun 11-ci maddəsi ( Məhkəmə eksperti) yeni redaksiyada verilir:

 

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs  özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:

 

- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;

 

- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmi dərəcəsinin olduğunu;

 

- Xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.

 

Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirməlidir. 

 

Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 

Sənədin məlumat hissəsindən qeyd edilib ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanıb.

 

Buna uyğun olaraq ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun adı və preambulasında dəyişiklik edilərək məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur.

 

© APA

07.11.2019 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ