Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabiq bank filial müdiri və işçiləri 1 milyon 337 min manat zərəri ödəyiblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabiq bank filial müdiri və işçiləri 1 milyon 337 min manat zərəri ödəyiblər

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.

 

"Zaminbank"ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.

 

Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib.

 

Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.

 

Qeyd edək ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. Digər təqsirləndirilən şəxslər isə filialın işçiləri olub.

 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

07.11.2019 14:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ