Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankda DOST Agentliyinin könüllülərinə sertifikatlar təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankda DOST Agentliyinin könüllülərinə sertifikatlar təqdim edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin oktyabr ayından başlayaraq maliyyə maarifləndirilməsi çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin könüllüləri üçün geniş təlimlər təşkil edilmişdir.

 

Reklam_3_11

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, maliyyə savadlılığı üzrə təlimlərin ilkin mərhələsində DOST Agentliyinin könüllülərinə 4 sessiyada 8 mövzu tədris olunmuşdur. Təlim zamanı iştirakçılara “Mərkəzi Bankın funksiyaları”, “Nağdsız ödənişlərin təşviqi”, “İstehlakçı büdcəsi”, “Şəxsi pul vəsaitlərin idarə olunması”, “Bank xidmətləri – zaminlik”, ”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” kimi mövzularda təqdimatlar olunmuşdur. Eyni zamanda təlim iştirakçılarına Mərkəzi Bankın elektron resurslarından olan “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), virtual təhsil platforması (edu.e-cbar.az) və maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (infobank.az) barədə geniş məlumat da verilmişdir.

 

Sonda təlim iştirakçılarının sualları ətraflı cavablandırılmış və təlimlərdə fərqlənən DOST Agentliyinin könüllülərinə Mərkəzi Bankda sertifikatlar təqdim edilmişdir.

 

Növbəti mərhələdə DOST Agentliyinin işçiləri üçün də maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. Yeni təlimlərə tədiyə balansı, inflyasiya, pul siyasəti, iqtisadi artım, müasir bank məhsulları və s. kimi əlavə mövzular da daxil ediləcəkdir.

 

Bütövlükdə Mərkəzi Bank tərəfindən müxtəlif hədəf qrupları üzrə maliyyə savadlılığı tədbirləri mütəmadi əsasda davam etdiriləcəkdir.

07.11.2019 15:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ