Türkiyədə istehlak kreditlərinin xüsusi çəkisi 10%-ə çatmır

Türkiyənin bank sektorunun cəmi kredit həcmi ötən həftənin sonunda 2 trilyon 562 milyard 750 milyon lirə təşkil edib. 

 

"Marja" Türkiyədə bank sektorunu tənzimləyən və nəzarət edən təşkilatın (BDDK) statistikasına istinadən xəbər verir ki, müştərilərə verilən cəmi kreditlərin 434 milyard 416 milyon lirəsini və ya 17%-ni ev təsərrüfatlarına verilən kreditlər təşkil edib. Bu kreditlərin 190 milyard 969 milyon lirəsini ipoteka, 6 milyard 78 milyon lirəsini avtomobil və 237 milyard 368 milyon lirəsini ehtiyac (nağd pul, əşya krediti, tətil krediti, təhsil krediti və s) kreditləri təşkil edib. İpoteka xaric istehlak kreditləri (avtomobil və ehtiyac) cəmi kreditlərin 9,5%-nə bərabərdir. 

NİSBƏT AZƏRBAYCANDA 3 DƏFƏ YÜKSƏKDİR


Sentyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda banklarının cəmi 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 44%-ni və ya 6 milyard 292 milyon manatını ev təsərrüfatlarına verilən kreditlər təşkil edib (ipoteka kreditləri daxil). Cəmi kredit qoyuluşlarının 4 milyard 349 milyon manatı və ya 30,5%-i sırf istehlak kreditlərindən ibarət olub.

8 Noyabr 2019 , 07:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin