Ən yuxarı statik reklam-3_3

Debitor borcu banka ötürüb nağd vəsaitin əldə edilməsi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Debitor borcu banka ötürüb nağd vəsaitin əldə edilməsi artıb

Şirkətlər nisyə satdıqları mallara görə ödənişin (debitor borcları) tələb edilməsi hüququnu banklara ötürərək daha tez nağd vəsait əldə edirlər.​


 

Azərbaycanda akkreditivlər, faktorinq əməliyyatları və zəmanətlər üzrə kredit qoyuluşarının həcmləri açıqlanıb.

 

“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində akkreditivlərin cəmi məbləği 13.7 milyon manat azalaraq 30 Sentyabr 2019-cu il tarixində 27,8 milyon manat təşkil edib. Ötən ilin sonunda akkreditivlərin cəmi məbləği 41,5 milyon manat idi.

 

9 ay ərzində zəmanətlər üzrə kredit qoyuluşarının cəmi məbləği isə təxminən 2 dəfə artaraq 1,7 milyon manata yüksəlib. Ötən ilin sonunda zəmanətlər üzrə kredit qoyuluşarı 0,8 milyon manat təşkil etmişdi.

 

Ötən ilin sonu ilə müqayisədə cari ilin 9 ayı ərzində faktorinq əməliyyatları ilə kredit qoyuluşarının cəmi məbləği isə 7.2 milyon manat artaraq 30 Sentyabr 2019-cu il tarixində 34,9 milyon manat təşkil edib. Son illər faktorinq əməliyyatları ilə cəmi kredit qoyuluşarı 4-6 dəfə artıb. 2015-2017-ci ilərdə faktorinq əməliyyatları ilə kredit qoyuluşarı 5-9 milyon manat səviyyələrində idi.

 

Faktorinq  - hüquqi şəxslərin və fərdi sahibkarların (satıcının) dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyələşdirilməsi məqsədilə alıcılara (borclulara) qarşı pul tələbi hüququnun (debitor borclarının) banka (faktor) ötürülməsidir. Bu zaman bank satıcıya malının dəyərinin 90%-dək hissəsini ödəyir və ayırdığı bu vəsaiti alıcıdan tələb edir. 

 

Müasir dünyada şirkətlər arasında əməkdaşlıq və ticarət əlaqələri geniş yayılıb. Faktorinq xidmətindən istifadə sayəsində təchizatçı (satıcı) satdığı məhsul və göstərdiyi xidmətlər üçün hesab faktura üzrə ödənişi bankdan tez bir zamanda alır, Alıcı isə məhsul və xidmətin haqqını razılaşdırılmış vaxtda banka ödəyir. Beləliklə, həm təchizatçı, həm də alıcı dövriyyə kapitalını lazımi səviyyədə saxlayır və gündəlik biznesini maliyyə çətinliyi çəkmədən davam etdirir.

08.11.2019 05:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ