Mobil manşet üstü reklam-3_21

Borcu milli gəlirindən çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Borcu milli gəlirindən çoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın illik 18,5 trilyon dollarlıq milli gəlirinə qarşı özəl sektor xaric 19,9 trilyon dollar borcu var.  


 
"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin məlumatına görə,  2016-cı ilin dekabr ayında  dünyanın ən böyük iqtisadiyyatında adambaşına düşən borc 61 min dollardan artıq məbləğdədir.


 
Ölkənin borcunun ən böyük hissəsini təxminən 14 trilyon dollarla öz vətəndaşlarına, ştatlara, banklara, sığorta şirkətlərinə, investisiya fondlarına, pensiya fondlarına və mərkəzi bank Fed-ə olan borclar, qalanını isə (6 trilyon dollara yaxın)  ABŞ-ın istiqrazını almış xarici ölkələrə olan borclar təşkil edir.

 

ABŞ ƏN ÇOX BU ÖLKƏLƏRƏ BORCLUDUR


 
Dünyanın üç böyük iqtisadiyyatından biri olan Yaponiya 1 trilyon 132 milyard dollarlıq, Çin isə 1 trilyon 116 milyard dollarlıq  ABŞ xəzinə veksel və istiqrazlarına malikdir. Növbəti yerlərdə İrlandiya (271 milyard dollar), Kayman adaları (262 milyard dollar), Braziliya (255 milyard dollar), İsveçrə (235 milyard dollar), Lüksemburq (216 milyard dollar), İngiltərə (207 milyard dollar), Tayvan (189 milyard dollar) və Honq Konq (186 milyard dollar) gəlir.

18.12.2016 12:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ