Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Palatanın ABŞ qurumları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatanın ABŞ qurumları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ-ın Azərbaycandakı səfirliyi ilə görüş keçirilib


 

Reklam_3_11

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Konfliktlər Bürosunun direktoru xanım Şeril Fernandes, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və səfirliyin iqtisadi məsələlər üzrə eksperti Peter Kaufmandan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülmüş işlərə toxunulub, perspektiv məsələlər müzakirə edilib.

 

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov həyata keçirilmiş tədbirlər, islahatlar barədə məlumat verib.

 

Bununla yanaşı, Palata və ABŞ-ın müvafiq nəzarət orqanları ilə davam edən əməkdaşlıqdan, qarşılıqlı səfərlər, təcrübə mübadiləsindən bəhs olunub. Xüsusilə vurğulanıb ki, Palatanın əməkdaşları ABŞ-ın maliyyə nəzarəti orqanlarından Əmanətlərin Sığortalanması üzrə Federal Qurum, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Kommisiyası, Milli Kredit İttifaqları Administrasiyası və Maliyyə Sektoruna Nəzarət Palatasında görüşlər keçirərək qabaqcıl təcrübə ilə yaxından tanış olublar.

 

Öz növbəsində, xanım Şeril Fernandes çıxışına Palata ilə ABŞ-ın nəzarət orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin təmin olunmasının öz ölkəsində müsbət qarşılandığını ifadə edib. Həmçinin, xanım Fernandes Palata və ABŞ-ın maliyyə qurumları arasında bu kimi görüşlərin Vaşinqtonda da təşkil edilməsinin qarşılıqlı əməkdaşlıq baxımından müsbət rol oynayacağını qeyd edib.

 

Görüş ABŞ-ın müvafiq qurumları ilə Palata arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi şəklində davam edib.

08.11.2019 07:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ