Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Hesablardan pulun nağd çıxarılması artır - PALATA DEMOTİVASİYA TƏDBİRLƏRİ TƏKLİF EDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablardan pulun nağd çıxarılması artır - PALATA DEMOTİVASİYA TƏDBİRLƏRİ TƏKLİF EDİR

1% nağdlaşdırma vergisinə baxmayaraq hüquqi və fiziki şəxslərin pul vəsaitlərini bank hesablarından nağd qaydada çıxarmaları artıb.

 

“Marja” Hesablama Palatasına istinadən xəbər verir ki, 2018-ci ildə  hüquqi və fiziki şəxslər (əhali sektoru istisna olmaqla) tərəfindən nağdlaşdırılan vəsaitin təxmini məbləği 2,9 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,7 milyard manata, fiziki şəxslər üzrə 0,2 milyard manata) bərabər olub. Rəqəmin 2019-cu ilin sonuna 3 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,8  milyard manat, fiziki şəxslər üzrə 0,2  milyard  manat) olacağı gözlənilir. Eyni zamanda 2020-ci il üçün isə 3,6 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 3,4 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) məbləğində proqnozlaşdırılır.

 

2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard manat və ya 19% artaraq 2,5 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,4 milyard manat, fiziki şəxslər üzrə 0,1 milyard manat) təşkil etmişdir.

 

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən 2019-cu ilin yanvar-avqust aylarında dövriyyədə olan nağd pulların həcmi ümumilikdə 9,3 milyard manata, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 81,4%-ə çatmışdır ki, bu da əvvəlki ilin analoji göstəricilərindən, müvafiq olaraq 1,8 milyard  manat və 0,9 faiz bəndi çoxdur.

 

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya (eyni zamanda, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya) tədbirlərinin gücləndirilməsini təklif edir.

 

Bu il, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş
vergi üzrə 30 milyon manat yığılması nəzərdə tutulur. Gələn il üçün vergi proqnozu 36 milyon manatdır.

08.11.2019 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ