Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi hazırdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari tibbi sığortanın (İTS) tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir.

 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Agentlikdən bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

 

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.


Bildirilib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

 

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

08.11.2019 11:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ