Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

®  “Azercell Telekom” MMC yeni “Samsung smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq  1GB internet paketi hədiyyə edir

 

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ən son model smartfonları daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya təqdim edir.

 

Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin etibarlılığını özündə cəmləşdirən yeni “Samsung smartfonları” kampaniyası ilə çıxır.

 

07.11.2019-15.01.2020 tarixləri ərzində Azercell-in Eksklüziv mağazaları və ya rəsmi diler dükanlarında A seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi 12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz fürsət qazanacaq.

 

Bu yeni ili yeni Samsung smartfonunuz ilə qarşılayın! Artıq ünsiyyətiniz daha dinamik, xatirələriniz daha rəngarəng olacaq!

 

Kampaniya haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/ səhifəsindən tanış olun.

8 Noyabr 2019 , 13:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin