Azərbaycan bankı 2 filialını da birləşdirib - YENİLƏNİB

"AtaBank" daha 2 filialını birləşdirib.

 

"Marja" xəbər verir ki, Bank Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov" filialını "Nizami" filialına birləşdirilib. Artıq Noyabrın 4-dən "Bakıxanov"  filialının müştərilərinə  "Neftçilər" metrosu yaxınlığında yerləşən “Nizami” filialında xidmət göstərilir.

 

2019-cu ilin İyul ayından "AtaBank"da islahatlara, o cümlədən filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Avqust ayında Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı "Nərimanov" filialına birləşdirilmişdir.

 

7 FİLİALIN FƏALİYYƏTİ DAYANDIRILIB

 

Qeyd edək ki, 2018-ci ildə "AtaBank" 32 filial və şöbə ilə müştərilərə xidmət göstərirdi. Hazırda "AtaBank"ın saytında verilən məlumata görə, Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir.  “AtaBank”ın şəbəkəsində 5 şöbə mövcuddur. Şöbələri çıxsaq filialların sayı 27-dən 20-yə düşüb.

8 Noyabr 2019 , 15:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin