Milyarderlərin aktivləri 2013-dən bu yana ilk dəfə geriləyib

Dünyadakı milyarderlərin aktivləri, beş illik artımın ardından keçən il 388 milyard dollar düşərək 8,5 trilyon dollara geriləyib


 

İsveçrənin UBS bankı və PricewaterhouseCoopers (PwC) tərəfindən hazırlanan "Milyarderlər Hesabatı 2019" nəşr olunub.

 

"Marja" xəbər verir ki, dünyadakı milyarderlərin aktivlərinin, 2013 ilə 2018-ci illər arasında 34,5% artaraq 8,5 trilyon dollar təşkil etdiyi məlumatına yer verilən hesabatda, "2013-cü illə müqayisədə milyarderlərin sayı da  38,9% artaraq 2 min 101-ə çatıb" deyilir.

 

2013 ilə 2018 arasında artımın ardından dünyadakı milyarderlərin aktivlərinin keçən il ilk dəfə gerilədiyi qeyd edilən hesabatda, "Güclü dollar və dalğalı sərmayə bazarları səbəbilə, milyarderlərin aktivləri 2018-də 388 milyard dollar düşərək 8,5 trilyon dollara geriləyib".

8 Noyabr 2019 , 17:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin