Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Subaylar Günündə 38,3 milyard dollarlıq satış rekordu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Subaylar Günündə 38,3 milyard dollarlıq satış rekordu

Çinin iri elektron ticarət şirkəti "Alibaba", alış-veriş çılğınlığının yaşandığı "Subaylar Günü"ndə yeni bir rekorda imza atıb. Satışlar bu əlamatdar gündə 38,3 milyard dollar (268 milyard yuan) təşkil edib, bu keçən ilin rekord səviyyəsindən 26%​ yüksəkdir. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, yarım milyard adam e-ticarət nəhənginin saytından iPhone-dan soyuducu və kaju fıstığına qədər məhsullar alıblar. 

 

Şirkət bu il satışları artırmaq üçün ABŞ-lı məşhur müğənni Taylor Swift və Asiyanın pop ikonu G. E. M ilə birlikdə Şanxayda bir televiziya proqramı da reallaşdırıb.

 

Dünyanın ən böyük satış tədbiri olan bu fəaliyyət, Asiyanın ən böyük şirkəti "Alibaba" tərəfindən illik ənənəyə çevrilib. 11 Noyabrda həyata keçirilən bu kütləvi alış-veriş, çinli istehlakçıların xərcləmə performanslarının bir göstəricisi olaraq da qiymətləndirilir.


Keçən il "Alibaba"nın "Subaylar Günü" satışları 27% artaraq 30.7 milyard dollar (213.5 milyard yuan) təşkil etmişdi.

 

Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib.

 

Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir. 

11.11.2019 17:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ