Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Böyük Britaniya iqtisadiyyatı durğunluğa girmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya iqtisadiyyatı durğunluğa girmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya iqtisadiyyatı, 31 Oktyabrda təxirə salınan Brexit tarixi əvvəlində durğunluğa girməkdən xilas olub və bu vəziyyət Baş nazir Boris Johnsona erkən seçki əvvəli dəstək təmin edib.

 

"Marja" xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı üçüncü rübdə 0.3% artıb və ardıcıl iki rüb azalma baş verməyib. Əgər 2-ci rübdə olduğu kimi, 3-cü rübdə də iqtisadiyyat azalsaydı ölkə texniki durğunluğa girəcəkdi. 

 

İqtisadçılar iqtisadiyyatın iyul-sentyabr dövründə 0.4% artacağını gözləyirdilər.

 

Johnson 12 dekabrda keçiriləcək erkən seçkidə, öz Brexit planını qəbul etdirmək üçün Parlamentdə Mühafizəkar çoxluğu təmin etməlidir.

 

Əgər Johnson seçkiləri qazansa, İngiltərə yenilənən Brexit tarixi olan 31 Yanvarda Avropa Birliyindən (AB) çıxa biləcək. Uduzması vəziyyətində isə, Brexit daha da təxirə salına və beləliklə iqtisadiyyat üzərindəki qeyri-müəyyənlik davam edə bilər.

12.11.2019 04:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ