Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Stockholmda Novruz bayramı konsert keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Stockholmda Novruz bayramı konsert keçirilib

İsveçin paytaxtı Stockholmda fəaliyyət göstərən SAF İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı Mart ayının 24-də Novruz bayramı münasibəti ilə konsert keçirilib.

 

Reklam_3_11

Tədbirdə İsveçdəki Azərbaycan və Türk Diasporlarının, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Konsertdə çıxış edən İsveç-Azərbaycan Dərnəyinin sədri Sevda Dadaşova iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edib. Novruzun özəlliklərindən söz açan diaspor fəalları bu bayramın ruzi, bərəkət, dostluq, qardaşlıq və birlik rəmzi olduğunu bildirib.

 

Yeni yaradılan SAF İsveç-Azərbaycan Dərnəyinin fəaliyyəti və məqsədləri barəsində və eləcə də təşkilatın gələcək planları haqqında məlumat verib.

 

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Novruz bayramı konserti musiqi proqramı ilə davam edib. Tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn musiqiçilər Ülkər Şahbazova, Sevda Alıverdiyeva və pianoçu maestro Anar Rüstəmov sevilən mahnılarını ifa ediblər. Azərbaycanın milli rəqsləri tamaşaçıların böyük marağına səbəb olub. Konsertdə Türkiyənin eləcə də bir çox Avropa ölkələrində dəfələrlə konsertlər təşkil etmiş tanınmış ifaçı Bora Sərbulənt də öz ifası ilə ürəkləri fəth edib və Novruz Bayramını təbrik edib.

 

Konsertdən olan şəkilləri və youtube linkini mövzuya əlavə edirik.

 

 

30.03.2017 05:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ