“Bestcomp Group” CISCO tərəfindən “Azərbaycanda İlin Partnyor Şirkəti” seçilib
(®) Noyabrın 4-dən 7-dək ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çoxlu sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “CİSCO Partner Summit” tədbirində “Bestcomp Group” şirkəti 2019-cu ilin “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilib.
Mükafat CISCO-nun Avropa üzrə vitse-prezidenti Odysseas Çaralambousun, RMDB üzrə vitse-prezidenti Jonathan Sparrou və MDB ölkələri üzrə partnyor menecer Sergey Kravçukun iştirakı ilə keçirilən mükafatlandırma mərasimində "BestComp Group" şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənova təqdim olunub.
Xüsusilə qeyd edilib ki, "Bestcomp Group" bu mükafata Azərbaycanda dövlət və özəl sektorda həyata keçirilən ölkəmiqyaslı böyük layihələrdə uğurlu iştirakına görə layiq görülüb.
Rauf Həsənov CISCO şirkətinin dünya IT bazarının liderlərindən biri olmasını qeyd edərək, "Bescomp Group" şirkətinin CISCO tərəfindən təltifinin məhz ABŞ-da baş verməsini şirkət tarixində əlamətdar hadisə hesab edir. O bildirib ki, son illər Azərbaycanda rəqəmsal transformasiya dövlət və özəl qurumları tərəfindən geniş miqyasda tətbiq edilir və bu sahədə CISCO ən uğurlu şirkətlərdən biridir. "Bestcomp Group" CISCO şirkətinin “Premier Partnyor”u olaraq son illər ölkəmizdə həyata keçirilən MPLS və magistral nəqliyyat şəbəkələrinin quraşdırılması (DWDM texnologiyası üzrə) kimi mürəkkəb layihələr daxil olmaqla, çoxlu sayda data mərkəz, telekommunikasiya, informasiya təhlükəsizliyi, çağrı mərkəzləri kimi böyük layihələrin tətbiqində uğurla iştirak edir.
Rauf Həsənov "Bestcomp Group"da CISCO şirkətinin müəyyən etdiyi ixtisas səviyyəsi göstəricisi olan CCİE, CCNP, CCDA, CCNA, ASAAM sertifikatlarını qazanmış mütəxəssislərin çalışdığını və bunun sayəsində geniş miqyaslı İT layihələrin həyata keçirildiyini vurğulayıb. Daha sonra o deyib: “CISCO tərəfindən verilən bu qiymət bizi çox sevindirir. Bu bizim şirkətin ABŞ-da təltif edildiyi ilk hadisə deyil. 2017-ci ildə "BestComp Group" ABŞ-ın Çikaqo şəhərində Cənubi Şərqi Avropada 24 ölkə arasında HP İnc. şirkətinin “HP Partner of the Year” mükafatına layiq görülmüşdür. Əlbəttə ki, bütün bunlara ölkəmizdə İT sahəsində gedən böyük müsbət dəyişikliklər zəmin yaratmışdır. Bu səbəbdən böyük məmuniyyətlə bizi etibarlı tərəfdaş hesab edən dövlət və özəl qurumlardan olan sifarişçilərə, ümumiyyətlə, bütün tərəfdaşlarımıza və bizimlə çalışanlara minnətdarlığımızı bildirirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib
-
22 d. əvvəl
SƏN DƏ "DƏSTƏK" OL! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur
-
15 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
15 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
15 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
16 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
16 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 16 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
17 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq