Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Embafinans”ın istiqrazları geri satınalma şərtilə satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans”ın istiqrazları geri satınalma şərtilə satılacaq

Bank olmayan kredit təşkilatı “Embafinans” MMC-nin hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları geri satınalma şərtilə yerləşdiriləcək. Yəni, istiqrazı alan investor onu geri satıb pulunu ala biləcəkdir.

 

“Marja” Emissiya Prospektinə istinadən xəbər verir ki, investor tərəfindən geri satınalmaya təqdim edilən istiqraz “Unibank” tərəfindən alınacaq. Bir şərtlə; istiqraz geri satınalmaya ayda bir dəfə hər ayın faiz ödənişi günü təqdim edilməlidir.

 

Xəbər verdiyimiz kimi, 14 Noyabr 2019-cu il tarixində “Embafinans” MMC-nin 1 milyon manat məbləğində istiqrazları satılacaq. MMC istiqrazları 1 ildən sonra nominal dəyərində geri almağı və üzərində 10,5% ödəməyi vəd verir.

 

Yerləşdirmənin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. 

 

“Embafinans” mebel və məişət avadanlıqları bazarında lider şirkətlərin mallarının satışını kreditləşdirir.

 

“Embafinans”ın protfelində valyuta riski yaradancaq kreditlər yoxdur və kredit portfeli milli valyutada formalaşdırılmışdır. Kredit portfelinin 30 gündən çox gecikmədə olan nisbəti göstəricisi 5% ətrafında idarə olunur.

 

“Embafinans”ın kreditlərionə böyük tələb var. Ötən ilin Sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi.  “Embafinans” MMC 2019-cu ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti 84% artıb. 

12.11.2019 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ