Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin Azərbaycanın götürdüyü qiymətdən 10 dollar aşağı düşə biləcəyi proqnozu verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin Azərbaycanın götürdüyü qiymətdən 10 dollar aşağı düşə biləcəyi proqnozu verildi

Neft İxrac edən ölkələr Birliyinin (OPEC) yığıncağına həftələr qalmasına baxmayaraq qrup üzvləri və qrupla birlikdə hərəkət edən digər istehsalçılar, neft qiymətlərini dəstəkləmək üçün daha güclü bir addım atılacağına dair hər hansı bir siqnal vermirlər.

 

Reklam_3_11

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, ancaq bəzi təxminçilər, müdaxilə olmasa, yeni bir təklif artıqlığının (neft bolluğu) gələn ilin əvvəlində qiymətləri kəskin düşməsinə səəb ola biləcəyini qeyd edirlər.

 

Qlobal maliyyə şirkəti "Morgan Stanley"ə görə, hazırda Londonda 62 dollar ətrafında olan Brent neftinin qiyməti, OPEC ölkələrinin hasilatı daha çox azaltmamaları vəziyyətində 30% enişlə 45 dollara geriləyə bilər.

 

"Citigroup Inc". və "BNP Paribas SA" neftin 50 dollarlara qədər düşə biləcəyini qeyd edirlər.

 

Belə bir vəziyyət Venesuela, İran və İraq hal-hazırda iqtisadi böhranlar və siyasi narahatlığın olduğu istehsalçılar üzərindəki əzyiqi artıra bilər. Eyni zamanda, bazarının geri qalanına da sıçrayaraq ABŞ-ı dünyanın ən böyük neft istehsalçılarından birinə çevirən şist nefti hasilatına da mənfi təsir edə bilər.

 

"Morgan Stanley"in qlobal neft strateqi Martijn Rats, "2020-ci üçün təklif artıqlığı proqnozları naməlum görünür. Ya OPEC hasilatı daha çox azaltmalıdır ya da Brent neftin qiyməti 45 dollara düşə bilər. Bu vəziyyət ABŞ şist nefti istehsalında yavaşlama da tələb edəcəkdir" deyib. 

 

Buna qarşı "Goldman Sachs Group Inc.", "Standard Chartered Plc.", DNB ASA və SEB AB kimi banklar ABŞ-ın şist nefti istehsalındakı sürətli artımın azalması vəziyyətində, OPEC+ istehsalçılarının hasilatlarını daha çox azaltmalarına ehtiyacı olmayacağını və xam neft qiymətlərinin gələn il 60 dollar və ya üzərində qalacağını nəzərdə tuturlar.

 

Azərbaycan neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətini 2020- ci ili üçün 55 ABŞ dolları götürüb.  2019-cu il üçün bu qiymət 60 dollardır. 

12.11.2019 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ