Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" ilk dəfə 5G şəbəkəsinin pilot olaraq Bakının mərkəzində istifadəyə verib.

 

Şirkətdən verilən məlumata görə, şəbəkə ilk olaraq Fəvvarələr meydanını əhatə edib.

 

Yeni şəbəkənin təqdimatında çıxış edən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd edib ki, şirkət bu ilin dekabrın əvvəlindən etibarən 5G şəbəkəsini dəstəkləyən mobil telefonlarının satışına başlayacaq.

 

"Müştərilər bu telefonları əldə edərkən onlara ödənişsiz şəkildə 5G texnologiyasını dəstəkləyən SİM-kartlar da təqdim olunacaq", - deyə V. Mürsəliyev qeyd edib.

 

Gələn ilin sonunadək "Azercell"in 5G şəbəkəsi Bakının bütün ərazisini əhatə edəcək

 

“Azercell Telekom” şirkəti gələn ilin sonunadək Bakının bütün ərazisini 5G şəbəkəsi ilə əhatə edəcəyini planlaşdırır.

 

Bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

 

Onun sözlərinə görə, bundan sonra şəbəkənin əhatə dairəsi regionlarda genişləndiriləcək və bazar hazır olduqda şəbəkənin kommersiya istifadəsi bütün ölkə üzrə istifadəyə veriləcək.


Qeyd edək ki, hazırda şirkət tərəfindən pilot 5G şəbəkəsi Bakının mərkəzində (Fəvvarələr meydanında) yaradılıb. Şirkət prezidentinin sözlərinə görə, yaxın günlərdə qeyd olunan məkanda daha bir neçə 5G baza stansiyaları quraşdırılacaq.

 

"Yaradılan 5G pilot şəbəkədə xidmətlər təxminən 7-8 baza stansiya üzərindən göstəriləcək", - deyə V. Mürsəliyev qeyd edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

12.11.2019 10:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ