Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pulunu Manatda saxlayanlar 13% itirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulunu Manatda saxlayanlar 13% itirdi

Azərbaycan Mərkəzi Bankı 2015-cı ilin 21 Dekabr tarixində Manatda 2-ci dəfə devalvasiya tətbiq edərək rəsmi olaraq 1 dolları 1.55 manata bərabər etmişdir. İki gün sonra manatın ikinci devalvasiyasından 1 il keçəcək.

 

Reklam_3_11

2016-cı ildə Manatın məzənnəsi sabitləşmədi, milli valyuta dəyərdən düşməkdə davam etdi.

 

19.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7525 manat səviyyəsində müəyyən olunmuşdur. Beləliklə, ötən bir ildə Manat dollar qarşısında daha 13%  ucuzlaşıb.  Bu nisbət Manat əmanətinə bankların təklif etdiyi faizə yaxındır. Ötən ilin sonunda  və ya bu ilin əvvəlində banka 12%-lə əmanət yerləşdirmiş əmanətçilər faktiki olaraq qazanmayıblar, əksinə 1% itiriblər.Pulunu evda manatda saxlayanların zərəri isə daha böyükdür.

 

Pulunu dollarda saxlayanlar isə təbii ki, qazanıblar.

 

Elə buna görə dollarlaşma azalmır,  banklara əhali tərəfindən  7 milyard 413,1 milyon əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub.

 

Yaxın gələcəkdə Manatın daha da dəyərdən düşəcəyi proqnozlaşdırılır.  Mərkəzi Bank tam “üzən məzənnə” sisteminə keçməyi hədəfləyir.  Ekspertlər Manatın dollar qarşısında 2 manat 40 qəpiyədək ucuzlaşacağını gözləyirlər.

 

Manat əsl dəyərini tapmaq yolundadır. Bu dəyərin hansı səviyyədə olduğu tam dəqiq bilinmir.

18.12.2016 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ