Xəzinə 10 milyon manat borc aldı

12 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.2917 AZN (9.0100%) və 101.1032  AZN (6.9000%) olan 16 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5680 (7.1900%), orta ölçülmüş qiyməti 100.7394 (7.0969%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35 milyon 619 min 100 manat yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  09.11.2021-ci il.

 

Hərrac iştirakçıları 13 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

12 Noyabr 2019 , 18:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin