“Xalq Sığorta”da geriləmə!
“Xalq Sığorta” ASC 2016-cı ili 5 milyon 333 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2015-ci illə müqayisədə 22% azdır. Belə ki, “Xalq Sığorta” 2015-ci ilin yekunları üzrə 6 milyon 837 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 18 milyon 257 min manat, cəmi xərcləri isə 11 milyon 584 min manat təşkil edib. 2015-ci ildə Şirkətin cəmi gəlirləri 22 milyon 358 min manat, cəmi xərcləri isə 13 milyon 779 min manat təşkil etmişdi.
Şirkətin cəmi gəlirlərinin azalması balanda “sair gəlirlər” adlandırdığı gəlirlərinin təxminən 15 milyon manatdan 5 milyon 379 min manata düşməsidir. Şirkətin topladığı birbaşa sığorta haqları isə 10 milyon 891 min manatdan 9 milyon 827 min manata geriləyib.
Ötən il “Xalq Sığorta”nın nizamnamə kapitalı 32 516 000 manatdan 39 388 700 manata qaldırılıb.
Şirkəti ötən ilin sonunda 54 milyon 139 min manat cəmi aktivlərə, 9 milyon 380 min manat cəmi öhdəliklərə və 44 milyon 759 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 28 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
1 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
2 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
2 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 3 saat əvvəl