"Nusr-Et"in dəyəri 1 milyard dollara çata bilər

Ət restoranı şəbəkəsi "Nusr-Et"in ortaqlarının paylarını satmaq istədikləri və satışdan sonra şirkətin dəyərinin 1 milyard dollara çata biləcəyi danışılır.

 

Dünyada məşhur ət restoranı şəbəkəsi şəbəkəsi "Nusr-Et"in ortaqlarının səhmlərini satmağı qiymətləndirdikləri bildirilir.

 

"Marja" xəbər verir ki, "Bloomberg News"un mövzu haqqında məlumata malik mənbələrə istinadən yaydığı xəbərə görə, şirkətin üç ortağı işadamı Ferit Şahenk, qurucusu Nusret Gökçe və Mithat Erdem, paylarını bütün olaraq ya da tək-tək bir ya da bir qrup sərmayəçiyə sata bilərlər.

 

Danışıqların gizli olmasına görə adını verməyən mənbələr, beynəlxalq sərmayəçilərdən güclü bir maraq olduğunu və maliyyə məsləhətçilərindən birinin potensial təklifləri araşdırdığını qeyd ediblər.

 

Satış danışıqlarına dair məlumata sahib mənbələr, "Nusr-Et"in dəyərinin 1 milyard dollar ya da daha çox təşkil edə biləcəyini söyləyiblər.

 

Nusret Gökçe tərəfindən 2010-cu ildə İstanbulda qurulan "Nusr-Et"in Nyu York, Miami, Dubay və Yunan adası Mykonosda şöbələri var. Gökçe və Erdemim şirkətdə birlikdə 49% payları var, qalan hissə Şahenk-ə aid "D.ream Group" ya da "Dogus Restaurants Entertainment & Management" aiddir.

12 Noyabr 2019 , 18:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin