Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Sahibkar ekspertizaya vaxt itirməmək xatirinə 5-15 faiz gömrük rüsumu ödəyir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sahibkar ekspertizaya vaxt itirməmək xatirinə 5-15 faiz gömrük rüsumu ödəyir"

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

 

İclasda gömrük sahəsində aparılan islahatlar müzakirə edilib, sahibkarları narahat edən məsələlərə toxunulub və hər bir məsələ ilə bağlı konkret tapşırıqlar verilib.

 

ASK Rəyasət Heyətinin üzvü, "Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov hava nəqliyyatı ilə gətirilən malların "0” gömrük rüsumuna düşdüyü halda belə Beynəlxalq Hava Limanında müvafiq laborator imkanların olmadığı üçün sahibkarın ekspertizaya vaxt itirməmək xatirinə 5-15 faiz həcmində gömrük rüsumu ödəyib malı keçirdiyini bildirib.

 

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov laboratoriyanın hava limanında da qurulmasının texniki baza sarıdan çətin olduğunu deyərək, "0” gömrük rüsumuna düşən mal üzrə sahibkarları rüsum ödəməməyə, bu məsələdə israrlı olmağa dəvət edib: "Sahibkar bir dəfə həmin mal üzrə ekspertiza rəyini alsın, həmin məhsulu təkrar gətirəndə artıq onun əlində müvafiq rəyi olacaq və sənədi göstərib heç bir rüsum ödəməsin. Biz sizin yanınızdayıq, hər cür dəstək verməyə hazırıq, prosesi birlikdə izləyək və harada nöqsan varsa, düzəldək”.  

 

"EYNİ MAL HƏR DƏFƏ EKSPERTİZAYA GÖNDƏRİLİR"

 

ASK-ın Nəqliyyat və logistika məsələləri ilə iş komissiyasının sədri Kamran Həbibov Azərbaycana gətirilən bütün malların gömrük ekspertizasına göndərilməsinə diqqət çəkib. Onun sözlərinə görə, bu laboratoriyanın həddən artıq yüklənməsi analizlərə çəkilən büdcə xərclərinin artması, sahibkarın isə yükünün sərhəddə ləngiməsi və hər gün üçün yüksək xərclər yaratması ilə nəticələnir. Bu prosesin sadələşdirilməsini təklif edən K.Həbibov sahibkarın müntəzəm olaraq gətirdiyi eyni malı hər dəfə ekspertizaya göndərməməyi xahiş edib.

 

İ.Hüseynov qaldırılan problemə münasibətini "aktual məsələdir” deyə ifadə edərək, təkrar ekspertizaya göndərilmə hallarının monitorinqini aparmaq məqsədilə Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəis müavini Rauf Məmmədovla birlikdə prosedurların monitorinqinin keçirilməsi haqqında yerindəcə göstəriş verib.

 

Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı komitə sədrinin sərəncam imzaladığını və artıq hava nəqliyyatındakı gömrük postlarında belə əlavə pəncərələr yaradıldığını vurğuladı: "Gömrük inspektoru sistemdən həmin məhsulun 2 ay əvvəl ekspertizaya verildiyini görəcək və bu halda təkrar ekspertizaya göndərə bilməz. Buna sistem özü də yol verməyəcək” deyə məsələyə aydınlıq gətirib.

13.11.2019 05:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ