9 bankın əməliyyat xərcləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Bank Avrasiya", "Amrah Bank", "AGBank", "Premium Bank", "Access Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank" və "Bank VTB Azərbaycan"dır. Ən az azalma "Bank Avrasiya"da (0,5%), ən çox azalma isə "Bank VTB Azərbaycan"da (31,6%) qeydə alınıb.
Qalan 21 bankın isə əməliyyat xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (52%), ən aşağı dinamika isə "AFB Bank"da (0,7%) qeydə alınıb./
8 bankın əməliyyat xərcləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat xərcləri 50 milyon manatdan çox olub.
Həmin banklar "Kapital Bank" (198,721 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (184,86 milyon manat), "PAŞA Bank" (107,048 milyon manat), "Access Bank" (81,718 milyon manat), "Bank of Baku" (73,287 milyon manat), "Unibank" (70,044 milyon manat), "Bank Respublika" (59,745 milyon manat) və "Xalq Bank"dır (51,476 milyon manat).
Qalan 22 bankdan 17-də əməliyyat xərcləri 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
-
29 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl