“Özbəkistan hava yolları” üç şirkətə ayrılıb
Özbəkistan hava yolları” Milli Aviasiya Şirkəti “Uzbekistan Airways”, “Uzbekistan Airports” və “Uzbekistan Helicopters” adlı üç Səhmdar Cəmiyyətə (SC) ayrılıb.
“Uzbekistan Airways” uçuşların təşkili ilə məşğul olacaq. Yeni qurumun vəzifələrinə hava gəmilərinin idarə olunması, uçuş coğrafiyasının genişləndirilməsi və yeni istiqamətlərin öyrənilməsi daxildir.
“Uzbekistan Airports” SC Özbəkistandakı bütün hava limanlarına cavabdeh olacaq. Daşkənd, Səmərqənd, Buxara, Fərqanə, Əndican, Karşi, Nəvai, Nukus, Namanqan, Termez və Urgənc hava limanlarının payı bu SC-ə verilib.
“Uzbekistan Helicopters” SC isə “Xüsusi Aviasiya İşçiləri Şirkəti”nin bazasında yaradılıb və bu qurum Özbəkistan Nəqliyyat Nazirliyinin bazasına verilib.
Xatırladırıq ki, ötən ilin noyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan hava yolları” Milli Aviasiya Şirkətinin yenidən qurulması ilə bağlı Fərman imzalayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
2 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 2 saat əvvəl
-
2 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
5 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir