Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tramp sərmayəçiləri məyus etdi - NEFT UCUZLAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp sərmayəçiləri məyus etdi - NEFT UCUZLAŞIR

ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət müzakirələri mövzusunda yeni detallar verə bilməyib. Buna bağlı olaraq məhdud ticarət razılaşmasında (müqaviləsində) irəliləyiş gözləyən sərmayəçilər məyus olublar və neft qiymətləri düşməyə başlayıb.   


"Marja" xəbər verir ki, neft qiymətləri 0.8% düşdükdən sonra  0.5% də geriləyib.

 

Tramp, Nyu York İqtisadiyyat Klubunda etdiyi çıxışında, ticarət razılaşmasının ilk mərhələsinin yaxında imzalana biləcəyini, ancaq razılaşma olmazsa, ABŞ-ın Çin mallarına gömrük tariflərini artıra biləcəyini söyləyib. 


Eyni zamanda, ABŞ-da xam neft ehtiyatlarının artması ilə bollaşan neft təklifinə dair narahatlıqlar daha da artıb.


Bakı vaxtı ilə saat 11:25-də Brent nefti 0,5% ucuzlaşma ilə 61.53 dollardan alıcı tapıb.

 

Neft sərmayəçiləri istehlakın artmasına kömək olacaq bir ticarət razılaşması olacağına ümid edirlər. 

 

Eyni zamanda investorlar, gələn il bazarı vurması gözlənilən ABŞ, Braziliya və Norveçdəki istehsal artımlarını qiymətləndirirlər. 

 

Beynəlxalq Enerji Agentliyi (IEA) son hesabatında, uzunmüddətdə, qlobal neft tələbinin, daha az yanacaq sərf edən avtomobillərin və elektrikli avtomobillərin istifadəsinin artması ilə 2030-cu il ətrafında bir durğunluğa girəcəyini qeyd edib.

 

Analitiklər bildirilər ki, ABŞ və Çinin gömrük tariflərini ləğv etmələri, dünyanın ticarət müharibəsi əvvəli iqtisadi vəziyyətinə qayıtmasının ən sürətli yolu olacaq və bu durum neftə tələbin artmasını dəstəkləyəcək

13.11.2019 08:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ