Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bankların nağd xarici valyuta alqı-satqısı həcmi azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların nağd xarici valyuta alqı-satqısı həcmi azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmini müəyyənləşdirən başlıca amil olmuşdur".

 

"Marja" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.

 

İcmalda qeyd edilib ki, 9 ayda qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 19.5 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.8%-i ABŞ dollarında, 18.2%-i digər valyutalarda aparılmışdır.

 

Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.7 mlrd. ABŞ dollar ekvivalentində olmuşdu. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılmışdı.

 

2019-cu ilin yanvar-sentyabr dövründə qeyri-nağd valyuta əməliyyatlarının 33.6%-i banklararası valyuta bazarında (BVB), 66.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.

 

Hesabat dövründə BVB-də əməliyyatların 95.5%-i ABŞ dollarında, 3 ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla 4.2%-i Avroda, 0.3%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.

 

BDVB-də valyuta əməliyyatlarının həcmi 12.9 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 74.8%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 91.4%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşür.

 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 4.1 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 3.2 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.

 

Ötən ilin 9 ayında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Bunun 3.9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdi.

13.11.2019 10:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ