Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Manat Lirə və Lari qarşısında kəskin bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manat Lirə və Lari qarşısında kəskin bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin 9 ayında Manat ən çox Türk Lirəsi və Gürcü larisi qarşısında bahalaşıb.

 

"Marja" xəbər verir ki, bu barədə, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.

 

Qeyd edilib ki, dövr ərzində manat türk lirəsinə qarşı 6.6%, avroya qarşı 4.5%, gürcü larisinə qarşı 9.8% bahalaşmışdır.

 

Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 14.3%, Rusiya rubluna qarşı 7.3%, yapon yeninə qarşı 2.6% ucuzlaşmışdır.

 

"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 9 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 1.4% bahalaşmış, real effektiv məzənnəsi isə 1.3% ucuzlaşmışdır. Real effektiv məzənnənin ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir",- İcmalda deyilir.

 

Qeyd edək ki, 2018-ci ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 28.6%, Avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9%, Rus rubluna qarşı 16.9% möhkəmlənmişdi. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənmişdi.

13.11.2019 10:56

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ