Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bankı filiallarının adlarını dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı filiallarının adlarını dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"TuranBank" Bakı şəhərində yerləşən bir neçə filialının adında yerləşdikləri ərazilərə uyğun dəyişiklik edib.

 

"Marja" Banka istinadən xəbər verir ki, dəyişiklikdə məqsəd "filialın rahat tapılmasına" nail olmaqdır. 

 

Həftənin 7 günü 24 saat Nizami 53 ünvanında fəaliyyət göstərən “Yasamal” filialı “Mərkəz” filialı olub. Bu filial Mərkəzi Univermağın yaxınlığında yerləşir və fasiləsiz xidmət göstərməkdədir.

 

“Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Nur” filialının adı dəyişdirilərək “Neftçilər” filialı, “28 May” metrostansiyası yaxınlığında yerləşən “Bakı” filialının adı “28 May” filialı, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Sahil” filialının adı “Gənclik” filialı, “Yasamal” parkı yaxınlığında yerləşən “Nəsimi” filialının adı “Yasamal” filialı olub.  

 

Qeyd edək ki, bankın ölkə üzrə 16 satış strukturu var. 

13.11.2019 12:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ